PSJ-nin futbolçusu Zlatan İbrahimoviç dünən 29 yaşını qeyd edən Kriştiano Ronaldoya ad günü hədiyyəsi göndərib.Qol.Az-ın məlumatına görə, isveçli hücumçu "Zlatana meydan oxu" yazılı formanı portuqaliyalı oyunçuya hədiyyə edib. Bu barədə Zlatan "tvitter" hesabından yazıb: "Ad günün mübarək. Sənə çox sevəyəcəyin bir hədiyyə yollayıram".Ronaldo da "tvitter"dən Zlatana təşəkkürünü bildirib: "Bu forma mənə səndən daha çox yaraşacaq".Qeyd edək ki, K.Ronaldo dünən "Atletiko" ilə matçda qol vurmayaraq, üçüncü dəfə ad günündə fərqlənə bilməyib. Bundan əvvəl o, 2003 və 2005-ci illərdə də meydanı qol vurmadan tərk etmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !