İcbari tibbi sığorta son bir ildə 145 transplantasiya əməliyyatını maliyyələşdirib. Bu əməliyyatların 71-i qaraciyər, 71-i böyrək, 3-ü isə sümük iliyi transplantasiyası üzrə həyata keçirilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini məlumat verib.
Orqanların transplantasiyası Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilib.
2Orqan transplantasiyası yalnız tibbi göstəriş əsasında həyata keçirilir. Pasiyent ona orqan çatışmazlığı diaqnozu qoyulduğu zaman ilkin məlumat əldə etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə (Mərkəz) müraciət etməlidir. Sənədlər təqdim edildikdən sonra Mərkəz tərəfindən vətəndaş "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən müvafiq tibb müəssisələri”ndən birinə yönləndirilir", - agentliyin xəbərində bildirilib.
2023-cü ilin avqustundan bəri Azərbacanda orqan transplantasiyası limitli şəkildə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə ödənilir.
İcbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən olunub.
Xəstəliyin diaqnostikası, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laborator və instrumental müayinələr, qan və ya qan komponentləri, qidalanma həm donor, həm resipiyent üçün icbari tibb sığorta tərəfindən qarşılanır.
Transplantasiya üçün bir canlı donorun hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !