• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış - SƏNƏD

İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış - SƏNƏD
09.12.2019 11:25
Jurnalist Cavanşir Həsənli Qax rayon İcra Hakimiyyəti ilə bağlı şok doğura biləcək məlumat paylaşıb.

Qaynarinfo xəbər verir ki, Cavanşir Həsənli Qax rayonu üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar arasında icra başçısının qohumunun da adının olduğunu bildirib:

"Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi "qalib”lərindən biri "RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev (Melorasiya və su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğlu) bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bununla işimiz yoxdur.

Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə "DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni maaş kartı icra başçısının cibində olan yüzlərlə "ölü canlar”dan biri…
Şəmsəddin Xanbabayevin cibinə qoyduğu maaş kartlarını xatırladınızmı?

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Cəmiyyət 23:26
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Cəmiyyət 21:47
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
Cəmiyyət 21:29
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Cəmiyyət 20:12
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:23
Faktiki hava açıqlanıb
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:08
DYP hərəkət iştirakçılarına müraciət edib
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Cəmiyyət 17:49
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Cəmiyyət 17:22
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Cəmiyyət 16:58
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol