İcra başçısının cəld reaksiyası əhalini sevindirdi

19:53 | 07.04.2018
İcra başçısının cəld reaksiyası əhalini sevindirdi

İcra başçısının cəld reaksiyası əhalini sevindirdi

Qubanın Zərdabi qəsəbəsində yaerləşən orta məktəbinin bərbad vəziyyəti barədə "İstiPress"in məqaləsinə  Quba icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev dərhal reaksiya verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, 5 aprel 2018-ci il tarixli nömrəsində dərc edilmiş "Dərs vaxtı döşəmədən ilan çıxan məktəb" başlıqlı yazıdan sonra icra başçısı Ziyəddin Əliyev aprelin 6-da Zərdabi qəsəbəsindəki məktəbə baş çəkib, binaya baxış keçirib.

Zərdabi qəsəbəsinin valideyn və mü əllimlərindən aldığımız məlumata görə, ilkin olaraq Ziyəddin Əliyev binanın bərpa edilməli yox, yenidən tikilməli olduğunu söyləyib, amma hələlik bununla bağlı konkret qərar qəbul edilməyib.

Bu barədə danışan Quba icra başçısının 1-ci müavini Aydəmir Manafov rayonun Zərdabi qəsəbəsində yeni məktəb inşa etməyə imkanı olmadığını deyib. Onun sözlərinə görə, bu məsələ Təhsil Nazirliyinin və digər aidiyyatı qurumların səlahiyyətindədir, bu məsələ mərkəzi qurumlar qarşısında qaldırılıb və yenə qaldırılacaq. Zərdabi qəsəbə məktəbinin real vəziyyəti aidiyyatı təşkilatlarla müzakirədən sonra konkret qərar qəbul ediləcək.

Ziyəddin Əliyevin məsələyə dərhal verdiyi reaksiya Zərdabi qəsəbə məktəbinin şagird və müəllim kollektivini, valideynləri məmnun edib. Onlar ümid etdiklərinin bildirirlər ki, Qubanın icra başçısının müraciətinə mərkəzi təşkilatlardan müsbət dəstək gələcək, bu məktəbin şagirdləri, müəllimləri də abad binada tədris imkanı qazanacaqlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti