Bunu Trend-ə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyib.
Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan "Döstluq parkı" ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanan tikililərin artıq söküldüyünü deyən şöbə müdiri qeyd edib ki, reydlər davam etdiriləcək: "Rayondakı qanunsuz tikililərlə bağlı araşdırma aparmaq üçün qrup yaradılıb. İcra hakimiyyətinin nümayəndələri qrupun tərkibində sözügedən ərazidə araşdırmalar aparır. "Döstluq parkı" ərazisində qanunsuz inşaat işləri aparılıb. 40-dan çox qeyri-qanuni fakt aşkarlanıb”.
Şöbə müdiri aparılan reydlərin və sökülmənin sənədi olan tikililərə aid olmadığını vurğulayıb: "Sənədləri qaydasında olan tikililərin sahiblərinin reydlərlə bağlı narahatlığına əsas yoxdur. Həmin ərazidə tikinti aparan şəxslərin evin tikintisinin aparıldığı torpağa aid dövlət qeydiyyatı sənədi varsa, bu işlər dayandırılmayacaq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !