İdman etikası olmayanlar - KÖŞƏ

15:30 | 30.06.2015
İdman etikası olmayanlar - KÖŞƏ

İdman etikası olmayanlar - KÖŞƏ

Orxan Aslanlı

Bir qism adamlar üçün həqiqi, bir qism adamlar üşün könüllü iş yeri, xeyli peşəkar üçün isə idman yarışı olan "Bakı – 2015” I Avropa Oyunları artıq başa çatdı. Kimi bu oyunların keçirilməsini bəyənmədi, kimisinin ürəyincə oldu, amma nəticə dəyişməzdir - oyunlar keçirildi və bitdi. 

"Eurovision – 2012”dən sonra ölkəmizdə keçirilən geniş miqyaslı tədbirlərdən biri də bu yarışlar oldu. Ekspertlər, şərhçilər bu oyunların keçirilməsinin nəticəsində işsizliyinin azaldığını deyirlər. Bu oyunlardan sonra bəlkə də arenaların yaxşı vəziyyətdə saxlanılması üçün bəzi işçilər öz vəzifələrində saxlanılacaqlar, amma yəqin ki, hamısı yox. Gəlin, cəmiyyət arasında bu oyunlara olan münasibətə nəzər salaq. 

Gənc nəsil ölkəmizdə bucür böyük bir tədbirin keçirilməsinin tərəfdarıdır. Çünki onlar ikinci dəfədir ki, bu cür tədbirləri ölkəmizdə canlı izləmək şansı əldə ediblər. Orta nəsil nümayəndələrindən kimsə əgər o arenaların birində çalışırdısa, necə deyərlər, işin içində olduğundan işdən razılığını bildirirdi. Kim ki, evdə oturub məni işə çağırmayıblar deyənlər isə o ki var bu oyunları pislədirlər. Atalar yaxşı söyləyib, pişiyin əli ətə çatmayanda "iylənib” deyir. Həmin insanların etdikləri də məhz bu idi. 

Yaşlı nəslin üzvlərindən, xüsusən ziyalı təbəqə Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin ölkəmizə xeyirli olduğunu anlayıb, oyunlara baxıb idmançılarımızla fəxr etdiklərini bildiriblər, hətta bu yarışlara baxıb kövrəldiklərini deyiblər. Amma bu oyunların mahiyyətini anlamayanlar  - fərqi yoxdur  hansı yaş təbəqəsinin nümayəndəsi olursa olsun, öz bildiklərini sayıblar, ancaq neqativ fikirlərini səsləndiriblər. Hər nə etməyə çalışsalar da, oyunlar bitdi. Amma oyunlar haqqında fikirlərin səslənməsi hələ də davam edir. 

Oyunlarda ən çox yaddan qalan məqamlardan biri də məhz bizim bitmək-tükənmək bilməyən tamaşaçılarımız idi. Düzdür, oyunlar sona çatsa da, onların etdikləri hərəkətlər, jestlər, lazım olan anda idmançılarımıza dəstək olmamaları, yersiz hərəkətləri bitməyib. Oyunların son günündə tamaşaçılar etdikləri hərəkətə hətta ölkə başçısı İlham Əliyev də reaksiya verdi. Prezident qalib idmançıları mükafatlandıran zaman "Qaliblər” arasında erməni əsilli ukraynalı boksçu Gevorq Manukyanda var idi. Ukraynalı boksçu meydana çıxan anda azərkeşlərimiz erməni əsilli idmançını fitə basmağa başladılar. Səs- küy həddindən artıq çox olduğundan buna öz etirazını bildirən İlham Əliyev idman etikası göstərərək tamaşaçıları sakit olmağa çağırdı. Ey  xalqımızı təmsil edən tamaşaçılarımız! Qalib düşmən əsilli idmançı ola bilər, bəs idman etikası, öz mədəniyyətimiz, qonaqpərvərliyimiz harada qaldı? Belə vaxtlarda tez coşmaqdan, emosional tərz nümayiş etdirməkdən daha çox bizim idmançılarımıza dəstək olmaq lazım idi.  Bu idman yarışıdı, bunu da anlamaq lazımdır. İdmanda iki ölkə arasında müharibə varsa belə onlara nəzərə alınmır. Çünki idman ölkələri birləşdirir, sülhə şərait yaradır. 

Qısa bir xatırlatma edim, voleybol yarışında millimiz Türkiyə yığması ilə qarşılaşanda idmaçılarımıza tamaşaçı dəstəyi demək olar ki, yox səviyyəsində idi. Tribunada azərbaycanlı jurnalistlər idmançılarımıza azarkeşlərdən daha çox dəstək olurdular. Bax, budur bizim azarkeşlik qabiliyyətimiz. Ən azından oyunda iştirak edən tamaşaçılarımız dəstək olmasalar belə, özlərini idman yarışlarında azarkeş olduğunu göstərməyə çalışmalı idilər. Çünki nəzərə almaq lazımdır ki, bundan sonra ölkəmizdə daha neçə belə geniş miqyaslı tədbirlər keçirləcək. Bəs nə vaxt praktika keçəcəklər? 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM