İdmançı yarışda dünyasını dəyişdi. ANS PRESS-in məlumatına görə, hadisə Misirdə keçirilən taekvando müsabiqəsi zamanı qeydə alınıb. Luksor şəhərində keçirilən Afrika Kuboku yarışlarında iştirak edən türkiyəli idmançının vəziyyəti qəfildən pisləşib. Seyithan Akbalık tatamidə huşunu itərərək yerə yıxılıb. 21 yaşlı S.Akbalık 63 kq çəki dərəcəsində tatamiyə çıxıb. İlk müdaxilə elə döşşək üzərində edilib. Daha sonra taekvandoçu dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Gənc idmançının ürək tutmasından öldüyü bildirilir. Ötən gün xəstəxana açılışında iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da 21 yaşlı idmançının infarktdan öldüyünü təsdiqləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !