İdmançımız yığmanın bazasını fahişəxanaya bənzətdi

14:49 | 21.02.2014
İdmançımız yığmanın bazasını fahişəxanaya bənzətdi

İdmançımız yığmanın bazasını fahişəxanaya bənzətdi

Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir, nəzarət yoxdur. İçki içən də, siqaret çəkən də, qumar oynayan da var.Apasport.az xəbər verir ki, bunu Azərbaycan yığmasından imtina edən ağır atlet Nicat Rəhimov deyib.Artıq Qazaxıstan millisinin düşərgəsində olan və bu ölkənin şərəfini qorumağa razılaşan 21 yaşlı idmançı yığmamızdan gedişinin səbəblərini açıqlayıb.O bildirib ki, komandamızın düşərgəsini tərk etməsində bolqarıstanlı baş məşqçi Zlatan Vanevin böyük “əməyi” olub:“O, hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə “səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm” deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım”.Rəhimov ağırlıqqaldırma idman növünü seçməsini və qazandığı uğurları atasının adı ilə bağlayıb. O, Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərovun atasına “çörəksatan” deməsinə də aydınlıq gətirib:“Mən də İsgəndər müəllimə sual verirəm: atam çörəksatandırsa, məni İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşdırırdı və necə qalib olurdum? Siz bundan qorxdunuz. Çünki atam keçmiş SSRİ dövründə Azərbaycanın şərəfini qoruyub və məni uşaqlıqdan bu idman növünə özü cəlb edib. Sinqapur Olimpiadasında və Avropa çempionatında onun rəhbərliyi altında qalib olmuşam. 2002-ci ildə “Spartak” İdman Cəmiyyətində baş məşqçi işləyib və sonra öz ərizəsi ilə işdən çıxıb. Bəli, hazırda atam çörək sexinin müdiridir, bəs sən kimsən, həndbolçu...”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM