İçərişəhərdə polislə vəhhabilər arasında insident

17:06 | 25.04.2014
İçərişəhərdə polislə vəhhabilər arasında insident

İçərişəhərdə polislə vəhhabilər arasında insident

Bu gün günorta saatlarında Bakının Sabail rayonu ərazisində vəhhabilərlə polislər arasında insident yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, sələfilər İçərişəhərdə “Ləzgi məscidi” kimi tanınan "Aşurbəy" məscidində kütləvi şəkildə namaz qılmaq istəyiblər. Namaza çox insan qatıldığı və məscid çox darısqal olduğu üçün insanlar məscidin kənarına çıxaraq, küçədə ibadət etmək istəyiblər. Bu zaman hüquq-mühafizə orqanları sələfilərə məscidin içərisinə girməyi və çöldə ibadət etməməyi məsləhət biliblər.Sələfilər isə öz növbəsində polislə mübahisə edib və onlara müqavimət göstərib. Nəticədə insident baş verib.Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsindən ANS PRESS-ə bildirdilər ki, əslində hadisəni insident kimi də qələmə vermək düzgün deyil. Həqiqətən də, günorta namazında bir qrup insan məscidin qarşısında kütləvi şəkildə toplaşıblar. Polis həmin şəxslərə dağılmağı və məscidə getmələrini məsləhət bilib. Arada anlaşılmazlıq yaransa da, sonradan problem həll olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti