İki AXCP fəalı inzibati həbsə məruz qalıb

Martıın 31-də Bakının Yasamal rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının Yasamal rayon təşkilatının sədri Ceyhun Novruzovu 30 gün inzibati həbs cəzasına məhkum edib. Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.
Partiyanın digər üzvü - Səhlədar İsgəndərli 25 gün müddətinə həbs edilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin tələblərinə tabe olmama) maddəsi ilə təqsirli bilinib.,
Hər iki fəal 1 saylı Bakı İstintaq Təcridxanasında 53 gün müddətində azad edilməsi tələbi ilə aclıq edən AXCP üzvü Zamin Salayevin müdafiəsi məqsədilə martın 30-da Ədliyyə Nazirliyi qarşısında keçirilən etiraz aksiyasında saxlanılıb.
AXCP Novruzovun və İsgəndərlinin həbsini toplaşmaq azadlığının pozuntusu kimi qiymətləndirir, həbs qərarlarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Yasamal rayon məhkəməsi adı çəkilən şəxslərin həbs edilməsi haqqında məlumatı təsdiq edib.
Bir müddət əvvəl AXCP martın 30-da aksiyada 50-dən çox fəalın saxlanıldığını, onların əksəriyyətinin bir neçə saat sonra sərbəst buraxıldığını bildirmişdi.
Elə həmin gün etiraz aksiyasından sonra reportyor Nurlan Cəfəri 15 gün müddətinə həbs edilib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 