İki il ərzində Qarabağda yenidənqurma işlərinə 4 milyard dollar xərclənib - Prezident

12:00 | 02.03.2023
İki il ərzində Qarabağda yenidənqurma işlərinə 4 milyard dollar xərclənib - Prezident

İki il ərzində Qarabağda yenidənqurma işlərinə 4 milyard dollar xərclənib - Prezident

Azərbaycan hökuməti 2021-2022-ci illərdə Qarabağda yenidənqurma işlərinə 4 milyard dollar xərcləyib, bunu cümə axşamı Qoşulmama Hərəkatının təmas qrupunun sammitində çıxış edən prezident İlham Əliyev deyib.

"Azərbaycan işğaldan azad edilmiş ərazilərində öz maliyyə imkanları hesabına genişmiqyaslı bərpa işləri aparır. 2021-2022-ci illərdə Azərbaycan hökuməti bərpa işlərinə 4 milyard dollara yaxın vəsait xərcləyib", - dövlət başçısı bildirib.
 
Onun sözlərinə görə, bu il bu məqsədlər üçün ən azı 1,7 milyard dollar vəsaitin ayrılması planlaşdırılır.

"Biz sıfırdan yeni şəhərlər və kəndlər tikirik, müasir şəhərsalma və "ağıllı şəhər" və "ağıllı kənd" anlayışlarından istifadə edirik. Bu, milli hakimiyyət orqanlarının rəhbərlik etdiyi münaqişədən sonrakı inkişafın və yenidənqurmanın unikal və misilsiz modelidir",- Əliyev bildirib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb