İlham Əliyev: “Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub”

15:14 | 28.06.2014
İlham Əliyev: “Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub”

İlham Əliyev: “Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub”

“Demokratik təsisatların qurulması bizim əsas vəzifələrimiz idi. 

Siyasi və iqtisadi islahatların həyata keçirilməsi ölkəmizdə sabitlik yaradıb. Demokratik təsisatlar artıq Azərbaycanda tam şəkildə fəaliyyət göstərir”. 

 APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılış mərasimindəki çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.Dövlət başçısı qeyd edib ki, Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub, İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu İnternet istifadəçisidir: “Biz qısa müddətdə müasir, özünə arxalanan dövlət yarada bildik. Bununla belə, yaxın gələcəkdə bir çox işlər görməliyik. ATƏT və digər strukturlara qurduğumuz iş birliyi planlarımızın həyat keçirməyə imkan yaradacaq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM