"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm. Dünən şəhid ailələriylə görüşdə oradakı vəziyyətədə toxundum. Həmin çıxışım Ermənistanda baş verən hadisələrdən əvvəl edilmişdi. Ancaq hadisələr onu göstərdi ki, mən çıxışımda tam haqlıydım”.
Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Deyirdik ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın. Bundan sonra bölgədə işbirliyimiz ola bilər. Ancaq bu çağırışlara qulaq asan olmadı.
Ermənistanda indi böhranlı vəziyyət hökm sürür. Prinsip etibarilə biz başqa ölkələrin daxili işinə qarışmırıq. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalacaq. 10 noyabr bəyanatı icra edilir və ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !