“Qafqazinfo” xəbər verir ki, açılışdan sonra prezident rayonun gəncləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.Dövlət başçısı görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətdən də danışıb. İ. Əliyev işğalçı dövlətin atəşkəsi pozması nəticəsində düşmənə layiqli cavab verilməsinin Ermənistanda ciddi təşviş yaratdığını vurğulayıb. O bildirib ki, son hadisələr Ermənistandan əhalinin öz ölkəsini tərk etmək prosesini sürətləndirib. İ. Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü tezliklə bərpa edəcəyinə əminliyini vurğulayıb, milli-mənəvi dəyərlərin qorunmasında, vətənpərvərlik ruhunda tərbiyənin gücləndirilməsində gənclər qarşısında duran vəzifələrdən söz açıb.
Bizi sosial şəbəkələrdə izləyin !