İlham Əliyev korrupsiyadan danışdı

11:02 | 30.06.2014
İlham Əliyev korrupsiyadan danışdı

İlham Əliyev korrupsiyadan danışdı

"Təəssüflər olsun ki, korrupsiya bütün dünyada aktual problemlərdən biri olaraq qalır"

"Təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir". 

Bu “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda səsləndirilən prezident İlham Əliyevin müraciətində qeyd edilib. Konfrans Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə başlayıb. Müraciəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub. 

Dövlət başçısının müraciətində qeyd edilib ki, Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulub, şəffaf ictimai münasibətlər sistemi formalaşıb. 

Onun sözlərinə görə, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir.

"Azərbaycan mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdıqları problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir. Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daim əlaqəli təşkilinə və əməkdaşlığımızın genişlənməsinə töhfə verəcək".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM