• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

İlham Əliyev: "Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq"

İlham Əliyev:
27.01.2015 17:47
2004-2014-cü illər ərzində Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının ümumi həcmi $180 mlrd. təşkil edib. Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bəyan edib.

ANN.Az "Interfaks Azərbaycan"-a istinadən xəbər verir ki, "2004-2014-cü illərdə ölkə üzrə ÜDM 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bu dövr ərzində respublika iqtisadiyyatına ümumi investisiyalar $180 mlrd. təşkil edib”, - deyə İ.Əliyev bildirib.

Onun sözlərinə görə, son 11 il ərzində Azərbaycanın valyuta ehtiyatları mühüm dərəcədə artıb. "Əgər 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları $1,8 mlrd. təşkil edirdisə, 2014-cü ilin yekunları üzrə onların həcmi $50 mlrd.-ı ötüb. İldən ilə valyuta ehtiyatlarının həcmi artır və bu gün onlar bizim üçün istənilən mümkün sarsıntılardan özünəməxsus sığorta rolunu oynayır”, - deyə prezident vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycan hökuməti manatın məzənnəsinin stabilliyini təmin etməyə müvəffəq oldu.

Prezident qeyd edib ki, son 11 il ərzində Azərbaycanda 1,360 mln. yeni iş yeri, o cümlədən 1 mln. daimi iş yeri yaradılıb.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda nəqliyyat rahat nəfəs alacaq - LAYİHƏ
09:01
Bakıda nəqliyyat rahat nəfəs alacaq - LAYİHƏ
Gürcüstana getmək istəyənlərə - Şad xəbər
08:43
Gürcüstana getmək istəyənlərə - Şad xəbər
05:15
"Beynəlxalq Bank"ın prezidenti istefa verdi
Prezident yol tikintisinə 6,1 milyon manat ayırdı
03:45
Prezident yol tikintisinə 6,1 milyon manat ayırdı
Azərbaycanda yeni zavod inşa olunacaq
00:41
Azərbaycanda yeni zavod inşa olunacaq
İlham Əliyev benzinin qiyməti ilə bağlı qərarı ləğv etdi
Qaynari.nfo 21:55
İlham Əliyev benzinin qiyməti ilə bağlı qərarı ləğv etdi
Bakıda Novruz yarmarkaları bu ünvanlarda keçiriləcək – SİYAHI
Qaynari.nfo 21:44
Bakıda Novruz yarmarkaları bu ünvanlarda keçiriləcək – SİYAHI
Mərkəzi Bank pulun yarıdan çoxunu itirdi - RƏSMİ
21:20
Mərkəzi Bank pulun yarıdan çoxunu itirdi - RƏSMİ
Nazir:
10:32
Nazir: "Tariflər artırılmayacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol