Azərbaycan Prezidenti İlham Əliyev Soçidə keçiriləcək Qış Olimpiadasında iştirak edəcək.Modern.az xəbər verir ki, bu barədə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu “Veçernaya Moskva” qəzetinə verdiyi müsahibədə bildirib.“Hazırda Soçi Olimpiadasının açılışı üçün bizim prezident İlham Əliyev gəlməyə hazırlaşır. Bununla əlaqədar çoxsaylı protokol görüşləri və tədbirlər gözlənilir” - deyə P.Bülbüloğlu bildirib.Onun sözlərinə görə, hazırda dövlət başçısının səfəri çərçivəsində keçiriləcək görüşlərlə bağlı qrafik hazırlanır.Azərbaycan Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti (Rusiya) və xizəkçilər Patrik Brahner (Avstriya), Sedrik Notz (İsveçrə) və Qaya Bassani Antivaridir (İtaliya).Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !