Azərbaycan prezidenti İlham Əliyev iyulun 15-də Moskva metrosunda baş vermiş və insanların ölümünə səbəb olmuş qəza ilə əlaqədar Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”. Qeyd edək ki, Moskva metrosundakı qəzada 22 nəfər ölüb, 150-dən çox adam yaralanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !