İlham Əliyev Vladimir Putinlə telefonla danışıb

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Anews.az bildirir ki, İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib.
"Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İ.H.Əliyev V.V.Putini koronavirus infeksiyasına qarşı Rusiya vaksininin qeydiyyata alınması münasibətilə təbrik edib”, - deyə məlumatda bildirilir.
www.anews.az
Son xəbərlər
Daha çox 