• $ 1.7
  • € 1.9604
  • ₽ 0.021022
  • ₺ 0.0444
  • £ 2.2786

İlham Əliyevə tar və kamança hədiyyə olundu - FOTOLAR

İlham Əliyevə tar və kamança hədiyyə olundu - FOTOLAR
13.02.2014 22:00
Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olub.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.Dövlət başçısına məlumat verən Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi bildirib ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıbAzərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir. Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə “Milli musiqinin tətbiqi” və “Milli musiqi alətlərinin araşdırılması” elmi laboratoriyaları yaradılıb. Bu laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. Elmi-praktik fəaliyyətin çox ciddi istiqamətlərindən biri xalq musiqisi nümunələrinin toplanılması, sənədləşdirilməsi, nota yazılması və tədrisdə istifadə edilməsidir.Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüblər və prezidentə milli musiqi alətlərimizdən olan tar və kamança hədiyyə olunub.AzərTAc
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol