İlham Şaban: "SOCAR-ın Gürcüstanda rəqibləri mövcuddur" - AÇIQLAMA

17:29 | 21.07.2015
İlham Şaban:

İlham Şaban: "SOCAR-ın Gürcüstanda rəqibləri mövcuddur" - AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Georgia Gas"ın qonşu ölkədə qaz təchizatını dayandırması ilə bağlı son vaxtlar mətbuatda dərc olunan xəbərlər dezinformasiya xarakterlidir. ANN.Az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban deyib ki, belə məlumatların yayılması qızışdırıcı xarakteri ola bilər: "Qeyd edim ki, SOCAR-ın həmin məkanda rəqibləri də mövcuddur. Bu səbəbdən də neft şirkəti haqqında belə uydurma məlumatlar deyilə bilər.”  

Qeyd edək ki, artıq Azərbaycan Dövlət Neft Şirkəti də (SOCAR) Gürcüstandakı törəmə şirkəti də bununla bağlı rəsmi açıqlama verib. Şirkət "SOCAR Georgia Gas" Azərbaycanın Gürcüstanın qazla təchizatını dayandırması ilə bağlı yayılan məlumatları yalan hesab edib. Hər iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və qaz təchizatı ilə bağlı Azərbaycanla Gürcüstan arasında uzunmüddətli sazişin imzalandığını, bu baxımdan təchizatla bağlı hər hansı problemin olmadığı vurğulanan məlumatda qeyd olunur ki, "SOCAR Georgia" yerli bazarda möhkəmlənməkdə maraqlıdır və bu baxımdan regional və beynəlxalq layihələrdə uğurla iştirak edir.

Mövzu ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert İlham Şaban daha sonra SOCAR-ın Gürcüstan bazarında tək olmadığını vurğulayıb: "Orada Tibilisinin qaz təchizatçısı olan "Gasmillay” var, daha sonra o bazara girmək istəyən ruslar var, ən əsası SOCAR-a daim təsir edən Gürcüstan höküməti var. Daim istəyir ki, mütəmadi olaraq SOCAR-a qarşı neqativ bir şey tapsın və bu vasitə ilə onlara təzyiq etsin. Belə hallar həmişə olur. Tək Gürcüstanda deyil, bütün ölkələrdə, Avropada, ABŞ-da həmişə belə hallar baş verir”.

Orxan Aslanlı





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM