İlin ilk Ay tutulması bu tarixdə baş verəcək

Bu ilin ilk tam Ay tutulması hadisəsi yanvarın 21-də baş verəcək.
Oxu.Az-ın məlumatına görə, Ay tutulması Bakı vaxtı ilə saat 07:34-də başlanacaq və saat 10:51-də başa çatacaq:
Tam Ay tutulması hadisəsini Mərkəzi sakit okean, Şimali və Cənubi Amerika, Afrika və Avropanın əksər hissəsinin sakinləri müşahidə edə biləcəklər.
Ay tutulması hadisəsi demək olar ki, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Hadisə baş verən zaman Azərbaycan ərazisində Ay batmağa doğru getdiyindən, qərb istiqamətdə üfüq açıq olarsa, təxminən 15-20 dəqiqə tutulmanın başlanmasını müşahidə etmək olar.
Tutulma zamanı Ay, Yer və Günəş bir düz xətt üzərində olur və Yer Ayla Günəş arasında olanda Ay tutulması hadisəsi baş verir. Əgər onların mərkəzləri bir düz xətt üzrədirsə, ən uzun tutulma hadisəsi baş verir. 2018-ci il iyul ayının 27-də son 100 ilin ən uzun Ay tutulması hadisəsi baş verib və bir saat 43 dəqiqə davam etmişdir.
Tutulma hadisəsi baş verən anda Ay yerə 357344 km məsafədə olacaq və bu məsafə "Super Ay” məsafəsinə çox yaxındır. Ayla Yer arasında minimal məsafə isə 356400 km-ə qədər ola bilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər