İlkay Gündoğan “Borussiya”dan imtina etdi

22:31 | 06.12.2013
İlkay Gündoğan “Borussiya”dan imtina etdi

İlkay Gündoğan “Borussiya”dan imtina etdi

Dortmudn “Borussiya”yasının yarımmüdafiəçisi İlkay Gündoğan klubu ilə müqavilənin müddətini uzatmaqdan imtina edib.

Qol.Az-ın xəbərinə görə, bu haqda Almaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, türk əsilli futbolçu 2015-ci ilin iyun ayına qədər “Borussiya”ya məxsusdur. Alman jurnalistlər iddia ediblər ki, bugünlərdə Dortmund klubu müqavilənin müddətini uzatmaqla bağlı futbolçuya müraciət etsə də, mənfi cavab alıb.

Qeyd edək ki, İlkay Gündoğanın belə bir qərar verməsinə səbəb kimi onun “Real”a keçmək istədiyi göstərilir. Türk futbolçunun gələn ilin yayında 30 milyon avro müqabilində Madrid klubuna transfer olunacağı bildirilir.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb