Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Taylandın Krabi çimərliyində dənizə çılpaq halda girən 6 nəfər polis tərəfindən cərimələnib.
Cərimələnən şəxslər arasında bir nəfər britaniyalıdır. Onların arasında avstraliyalılar da var.
Olay Ao Nang çimərliyində yaşanıb. Çılpaq halda dənizə girən turistlərin yaşları 17-20 arasıdır.
Çimərlikdə lüt qızları və bir kişini görən yerli sakinlər polisə xəbər verərək onlardan şikayət ediblər. Yerli sakinlərin şikayəti ilə əraziyə gələn polislər 6 nəfəri 15 dollar məbləğində cərimələyiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !