• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

IMF qlobal borcun 238 trilyon dollara çatdığını açıqlayıb

IMF qlobal borcun 238 trilyon dollara çatdığını açıqlayıb
13.09.2023 23:44
Qlobal borc 2022-ci ildə 238 trilyon ABŞ dollara çatıb ki, bu da, 2021-ci illə müqayisədə 200 milyard ABŞ dolları və ya 0,08 % çoxdur.

Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) xəbər verir.

Bunun 61,3 %-i və ya 146 trilyon ABŞ dolları dövlət borcu, 92 trilyon ABŞ dolları isə özəl sektorun borcudur.

Qlobal borc pandemiyadan əvvəlki dövr- 2020-ci illə (258 trilyon ABŞ dolları) müqayisədə çox olsa da, ardıcıl 2 ildir ki, azalır.

Ötən il qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 2019-cu illə müqayisədə 9 faiz bəndi artaraq 238 %-ə yüksəlib.
2020-ci ildən sonra qlobal iqtisadi artımın bərpasına və yüksək inflyasiyaya rəğmən, dövlət borcu "inadla” yüksək olaraq qalır.

Bir sıra hökumətlər pandemiya ilə bağlı maliyyə dəstəyini dayandırsalar da, iqtisadi artımı yüksəltmək, eləcə də ərzaq və enerji qiymətlərindəki artımlara cavab vermək üçün budcə xərclərini artırılması ilə dövlət borcunun səviyyəsini yüksək saxlayıb.

Ev təsərrüfatlarının və qeyri-maliyyə korporativ borclarının daxil olduğu özəl borcun ÜDM-yə nisbəti 12 faiz bəndi azalıb. Ancaq, bu da, pandemiya dövründəki artımı azaltmağa yetməyib.

Pandemiyadan əvvəl qlobal dövlət borcunun ÜDM-yə nisbəti onilliklər ərzində artıb. Qlobal dövlət borcu 1970-ci illərin ortalarından bəri üç dəfə artaraq 2022-ci ilin sonuna qədər ÜDM-in 92 %-nə (və ya 91 trilyon ABŞ dollarından bir qədər çox) çatıb.

Özəl borc da üç dəfə artaraq ÜDM-in 146 %-ni (və ya 144 trilyon ABŞ dollara yaxın) təşkil edib, lakin 1960-2022-ci illəri əhatə edən daha uzun müddətdə.

Son onilliklərdə Çinin dövlət borclanmasının iqtisadi artımı üstələməsi səbəbi ilə qlobal borcun artmasında mərkəzi rol oynayıb. Çinin borcunun ÜDM-yə nisbəti ABŞ-la eyni olsa da, dollar ifadəsində isə Çinin ümumi borcu (47,5 trilyon ABŞ dolları) hələ də ABŞ-dan (70 trilyon ABŞ dollara yaxın) nəzərəçarpacaq dərəcədə aşağıdır. Qeyri-maliyyə korporativ sektorun borcuna görə isə Çin 28 %-lik payı ilə dünyada liderdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol