Çin 28 Amerika şirkətinə sanksiya tətbiq edib

21:00 | 02.01.2025
Çin 28 Amerika şirkətinə sanksiya tətbiq edib

Çin 28 Amerika şirkətinə sanksiya tətbiq edib

Çinin Ticarət Nazirliyi 28 Amerika şirkətini ixrac nəzarətinə məruz qalan təşkilatlar siyahısına daxil edib.Bu  barədə "Sinxua" agentliyi məlumat yayıb. 

Məlumata görə, bu addım ölkənin milli təhlükəsizliyini və maraqlarını qorumaq, habelə beynəlxalq öhdəlikləri, o cümlədən nüvə silahının yayılmaması ilə bağlı öhdəlikləri yerinə yetirmək məqsədi daşıyır.

Nazirliyin bəyanatında deyilir ki, bundan sonra General Dynamics, L3 Harris Technologies və Intelligent Epitaxy Technology daxil olmaqla 28 şirkətə ikili təyinatlı malların ixracı qadağan ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM