Çində çox satılan, ABŞ-da çox sevilən, İspaniyada çox...

21:57 | 16.03.2015
Çində çox satılan, ABŞ-da çox sevilən, İspaniyada çox...

Çində çox satılan, ABŞ-da çox sevilən, İspaniyada çox...

Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk sonuncu – "Kafamda bir tuhaflık” romanından sonra yeni romana başladığını, hətta ilk cümləsini yazdığını deyib.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, oxucularla görüşü zamanı yeni roman yazdığını bildirən Nobel mükafatlı yazıçı Orxan Pamuk "İlk cümlə mənim üçün çox önəmlidir. Romanda demək istədiklərimin hamısını birinci cümlədə demək istəyirəm. Buna görə də ilk cümləni yazmaq çətindir”, – deyib.

Yazıçı "Mənim adım Qırmızı” romanının Çində çox satıldığını, "Qar” romanının ABŞ-da çox sevildiyini, "İstanbul” romanının isə daha çox İspaniyada bəyənildiyini, eyni zamanda, ən çox fəxr elədiyi romanının da "Mənim adım Qırmızı” olduğunu qeyd edib.

Bundan başqa, yazıçı Oğuz Atayın onun üçün əhəmiyyətli bir imza olduğunu da vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti