İndiyədək necə müşahidəçi qeydiyyatdan keçib?

Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində müşahidəçi kimi iştirak etmək üçün 480 nəfər qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
O bildirib ki, qeydiyyatdan keçən müşahidəçilər yerlidir.
Bundan əvvəl Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib ki, 26 ölkənin seçki qurumlarına növbədənkənar seçki prosesini izləmək üçün dəvət göndərilib və yaxın zamanlarda onların adları açıqlanacaq.
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib. Prezident bir müddət öncə Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Gülnar Nazimqızı
www.anews.az