Nazirlər Kabinetinə Strategiyanın (bundan sonra – Strategiya) həyata keçirilməsini əlaqələndirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası isə Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etməli, Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !