• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

İqbal Məmmədov “Relax”dakı hadisədən danışdı

İqbal Məmmədov “Relax”dakı hadisədən danışdı
10.07.2021 15:33
Deputat İqbal Məmmədov "Relax" istirahət mərkəzində baş verən ölümlə bağlı açıqlama verib.

Anews.az xəbər verir ki, modern.az-a danışan İ. Məmmədov istirahət mərkəzindəki ölüm faktını təsdiqləyib:

"Dünən güclü yağış yağdığından, istirahət mərkəzindəki "Küləfrəngi" deyilən yer bu gün ümumiyyətlə xidmət göstərməyib. Anar da orada çalışırdı. Turistlər gəzəndə çayda uzanmış adam görüb təhlükəsizliyə xəbər veriblər. Əməkdaşlar hadisə yerinə gələndə Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun öldüyünü görüblər. Hazırda prorkuroluq əməkdaşları araşdırma aparır. Mərhumun oradan yıxıldığı, yoxsa intihar etdiyi müəyyənləşəcək. Çox ağır hadisədir, Allah ailəsinə səbr versin. Anar Sücayev evli idi, iki övladı qalıb. Biz də əlimizdən gələn köməkliyi göstərəcəyik. Bir vətəndaş kimi bu bizim borcumuzdur".

Deputatın sözlərinə görə, istirahət mərkəzində bütün təhlükəsizlik qaydalarına tam riayət olunur:

"Hadisədir, araşdırılır. Ola bilər intihar edib, ola bilər ayağı sürüşüb, biz hazırda qəti nəsə deyə bilmərik. Ümumiyyətıə, əməkdaşların, eləcə də qonaqların təhlükəsizliyi tam qorunur. Pandemiyadan əvvəl, mövsümdə mərkəzdə 200 nəfər çalışırdı, hazırda isə 40 nəfər çalışır. Bədbəxt hadisədir, Allah ailəsinə səbr versin. Bu gün parlamentin son iclası idi, ona görə Bakıdayam. Sabah, ya da biri gün Lerikə gedəcəm, mərhumun ailəsinə baş çəkəcəyəm".

Parlamentari həmçinin son vaxtlar insanların çətinliklərə tez təslim olmalarına təəssüfləndiyini bildirib:

"Cavan adamdı, indi səbəb nədir bilinmir. Amma son vaxtlar insanlar azca çətinə düşən kimi mübarizə aparmaqdansa, "asan"a qaçırlar. Elə bugün (dünən-red) səhər saatlarındakı güllələnmə kimi. Allah özü kömək olsun hamıya".

İ. Məmmədov həmçinin deyib ki, hazırda "Relax" İstirahət Mərkəzinin rəsmi idarəçiliyi qardaşına məxsusdur:

"Mən deputat olana qədər "Kaspi Yıldız" öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim".

Qeyd edək ki, iyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol