Çərşənbə günü İranın bir çox şəhərində keçirilən iqtidaryönlü nümayişlərdə on minlərlə insan iştirak edib. Tənqidi nümayişlərdən fərqli olaraq, dövlət televiziyası bu yürüşləri canlı yayımla təqib edib.
Bəs iranlılar son həftənin hadisələri barədə nə düşünür?
Axar.az BBC-yə istinadən iranlıların sosial şəbəkələrdə paylaşdığı şərhlərin bir qismini təqdim edir:
Zəhra - Məşhəd
Ruhaniyə səs vermiş bir insan kimi onun çıxışını dinlədim. Bir çoxları bu iğtişaşların arxasında nəyin durduğunu anlamırlar, çünki onlar sistemin siyasəti barədə heç nə bilmirlər. Bu iğtişaşlar harada başladı? İslahatçıların Məşhəddəki mərkəzi kimi tanınan Şohada meydanında. Ona görə də onlar nə cani, nə də ki adi insanlardırlar. Mən həmişə etiraz aksiyalarında iştirak etmişəm, amma bu dəfə etməmişəm. Bunun hamısı sadəcə siyasətdir.
Zəhra - İran
Bizi yeni bir çevrilişə cəlb etməyə Səudiyyənin kifayət qədər təsiri yoxdur. Əvvəla 40 il əvvəl olduğu kimi çevriliş adi insanlar üçündür. İndi isə biz çevriliş yox, amma diktatorların istəmədiyi islahatı istəyirik. İnsanlar buna görə artıq əziyyət çəkmək istəmir. 1979-cu ildəki kimi xaricdən İrana lider gətirib ona hakimiyyəti vermək istəmirik. Biz sadəcə bu əzaba və spekulyasiyaya son qoymaq üçün islahatlar istəyirik.
Zahi - İran
Mən cənab Netanyahunun İnstaqramdakı mesajını görəndə bu mənə ümid verdi. Əzilənlərə dəstəyin üçün çox sağ ol. Mən digər ölkələrdən də bunu gözləyirəm. Bu qəddar rejim öz xalqına qarşı çox sərtdir. Biz dəyənək və güllə altında olmamalıyıq. Bu bizim taleyimiz deyil. Bizim etiraz etməyə haqqımız və başqa ölkələrdən kömək istməyə haqqımız var.
Tirdad - Tehran
Təkcə Tehran və İranın başqa şəhərlərində yox, həm də dünyanın hər bir yerində kimsə ictimai binalara hücum edirsə, polis öz işini görüb bu əraziləri qoruyur, çünki bunu etmək üçün onlara maaş ödənir. Bu bir faktdır. Bəziləri hətta yanğınsöndürən maşına hücum ediblər! Əgər bu başqa bir yerdə baş versə idi, cavabı eyni olardı.
Sanaz - Əhvaz
Biz artıq səbirli ola bilmərik. Mən öz pulumu bir xüsusi kredit şirkətində itirdim. Bundan əvvəl biz hakimiyyət binasının önündə yığışıb etiraz etdik, lakin bir dənə məmur çıxıb bizə cavab vermədi. Onlar bizə gülürdü. Pulumuzu götürüb, biz etiraz edəndə bizə rişxəndli üz ifadələri göstərdilər.
Araş - Tehran
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !