İran generalından Azərbaycana xəbərdarlıq

13:02 | 02.12.2013
İran generalından Azərbaycana xəbərdarlıq

İran generalından Azərbaycana xəbərdarlıq

“Biz sərhəddə mövcud olan kiçik problemlərin ictimailəşdirilməməsi barədə razılığa gəlmişdik”. 

Modern.az saytı İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari deyib. 

O, Azərbaycan-İran sərhədində ötən axşam baş verən atışmaya münasibət bildirib.

İran rəsmisinin sözlərinə görə, Azərbaycan mediası sərhəddə olan insidentlə bağlı məsələni gündəmə gətirməli deyildi.

“Biz qonşu ölkələrin təxminən 14 sərhədçiliyi ilə birbaşa əlaqəyə malikik. Fikrimcə, Azərbaycan Respublikası kimi heç bir ölkə bu məsələni gündəmə gətirmir. Sırf yaxşı və müsbət əlaqələrimizin olduğunu söyləyirəm, lakin əməldə qanunlara sadiq olduğumuzu nümayiş etdirməsək, yaxşı olmayacaq”, – deyə H.Zülfüqari bildirib.

Qeyd edək ki, dekabrın 1-də saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib. Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin verdiyi məlumata görə, insident zamanı bir nəfər hərbi qulluqçumuz həlak olub, ikisi isə yaralanıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM