İran neft kəmərində baş verən hadisəni təxribat adlandırıb

15:48 | 14.02.2024
İran neft kəmərində baş verən hadisəni təxribat adlandırıb

İran neft kəmərində baş verən hadisəni təxribat adlandırıb

İran fevralın 14-nə keçən gecə İranın Çharmahal və Bəxtiyari əyalətlərində magistral qaz kəməri xəttində baş vermiş partlayışı təxribat adlandırıb. Bu barədə İranın neft naziri Cavad Oudci Nazirlər Kabinetinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
 
 "Bu təxribat bu gün səhər saat bir radələrində magistral qaz kəmərinin iki və ya üç hissəsində həyata keçirilib. İlk saatlarda hadisənin nəticələrinin lokallaşdırılması ilə bağlı müşavirə keçirilib. Partlayış nəticəsində ölən və yaralanan olmayıb", - İran məətbuatı nazirə istinadan yazıb. 


Bundan əvvəl Borujendə (İran) magistral qaz kəmərində partlayışın ardından yanğının baş verdiyi bildirilirdi.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM