İran ölkədə tətbiq etdiyi bütün uçuş məhdudiyyətlərini ləğv edib. Bu barədə ölkənin Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazarlou məlumat verib.
"Təhlükəsiz uçuşlar üçün bütün şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırıldı və aviaşirkətlərə səhər saat 5:00-dan uçuşlar həyata keçirməyə icazə verildi. Sərnişinlərə əvvəllər ləğv edilmiş bütün reyslər üçün biletlərin dəyəri kompensasiya ediləcək", - o bildirib.
Oktyabrın 1-də axşam İran HƏMAS, Hizbullah və SEPAH liderliyindəki əsas şəxslərin öldürülməsinə cavab olaraq İsrailə geniş raket hücumu həyata keçirib.
Elə həmin gün İranın Mülki Aviasiya Təşkilatı regionda qeyri-sabit vəziyyət fonunda oktyabrın 2-də ölkə ərazisində uçuşlara müvəqqəti məhdudiyyət tətbiq etmək qərarına gəlib. Ertəsi gün təşkilatın nümayəndəsi qadağanın oktyabrın 3-nə qədər uzadıldığını bildirib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !