İran ümid edir ki, "3+3" formatlı görüş Azərbaycan və İrəvanda da keçiriləcək

16:16 | 24.10.2023
İran ümid edir ki,

İran ümid edir ki, "3+3" formatlı görüş Azərbaycan və İrəvanda da keçiriləcək

İran ümid edir ki, "3+3" formatlı görüşlər növbəti dəfələrdə Azərbaycan və Bakıda keçiriləcək. Bu barədə İran mətbuatı İranın Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyana istinadan yazıb. 
 
"Tehran görüşündə Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi müzakirə olunub və danışıqlarımız görüşün mətni və bəyanatın mətni üzərində cəmlənib. Ümid edirəm ki, Türkiyədə keçiriləcək növbəti görüşdən sonra bu görüşlər Bakıda və İrəvanda davam etdiriləcək”,- o bildirib. 
 
XİN rəsmisi vurğulayıb ki, Cənubi Qafqaz ən qısa zamanda iki ölkə arasında sülhün imzalanmasına şahidlik edəcək. 

Oktyabrın 23-də Tehranda "3+3" formatlı konfrans keçirilib. Növbəti tədbirin Türkiyədə keçirilməsi qərarı alınıb. 
 
Görüş sonrası Azərbaycan və Ermənistan xarici işlər naziri qeyri rəsmi formada görüşüblər. 

 "3+3” formatında danışıqlar bu regionun üç ölkəsinin və Cənubi Qafqazın ən yaxın qonşusu olan daha üç dövlətin nümayəndələrinin iştirakını nəzərdə tutur. Birinci qrupa Ermənistan , Azərbaycan və Gürcüstan daxildir . İkinci qrup Rusiya, Türkiyə və İrandan ibarətdir.
 
Gürcüstan görüşdə iştirak etməkdən imtina edib. 
 
"3+3 formatlı görüş ilk dəfə 2021-ci il keçirilib. 
 
Bu format ilk dəfə 2020-ci il Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülüb və "3+3" kimi tanınıb. Rusiya və İran bu formatı dəstəkləyib və Ermənistan sonradan buna qoşulub. Gürcüstan isə bu təşəbbüsə qoşulmayacağını açıqlayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti