"Biz Fars körfəzi və Oman dənizinin təhlükəsizliyini ölkənin cənubundakı sahilyanı ölkələrlə birgə əməkdaşlıq çərçivəsində İranın prioritetlərindən biri hesab edirik. Fars körfəzi ölkələri xarici qüvvələrin müdaxiləsi olmadan bu dəniz ərazisinin təhlükəsizliyini təmin edə bilər”, - XİN sözçüsü bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Londonun İslam İnqilabı Keşikçiləri Korpusunun qara siyahıya salınması ilə bağlı dəfələrlə etdiyi çağırışa işarə edərək, Böyük Britaniyanı regionda terrorçuların sponsoru adlandırıb.
Kənani bildirib ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov avqustun 8-də İran və BRİKS arasında əməkdaşlıq üzrə konfransda iştirak edəcək.
İran və Rusiya arasında yaxşı münasibətlərə işarə edən Kənani bu görüşü Rusiya ilə dialoq üçün fürsət adlandırıb. "Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) tərəflərin məsuliyyətlə qayıtmasına hazırdır”.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !