Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu barədə Avropa ittifaqının rəhbəri Josep Borrell bildirib.
"Avropa İttifaqı beynəlxalq tərəfdaşlarla İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini müzakirə edir. Bununla bağlı İranın aviasiya sektorunda məhdudlaşdırıcı tədbirlər də nəzərdən keçirilir”, o qeyd edib.
Bir gün əvvəl İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa, Hollandiya və Almaniya səfirlərini öz ölkələrinin İrandan Rusiyaya hərbi yardım göstərdiyi iddiası ilə bağlı bəyanatlarından sonra çağırıb.
Sentyabrın 2-də Bloomberg mənbələrə istinadən xəbər verib ki , Tehran yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırır.
Məqalə müəlliflərinin fikrincə, Rusiya bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !