İrandan yeni təklif

14:01 | 08.07.2024
İrandan yeni təklif

İrandan yeni təklif

İran Rusiyanın "Mir” və İranın "Şetab”ının inteqrasiyasından nümunə götürərək BRİKS ölkələrinin milli ödəniş sistemlərini birləşdirməyi təklif edir. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani məlumat verib.

"İran və Rusiya arasında ikitərəfli səviyyədə iki dövlətin mərkəzi bankları vasitəsilə milli ödəniş sistemlərinin birləşdirilməsinin başa çatdırılmasından əlavə, ticarət ödənişlərinin milli valyutalara köçürülməsi üçün lazımi şərait yaradılıb. Biz danışıqları davam etdiririk, bu zaman İran Rusiyaya bu mexanizmin BRİKS ölkələri üçün genişləndirilməsi təklifini bildirib”, - diplomat IRIB telekanalında yayımlanan mətbuat konfransında bildirib.
 
BRİKS+   Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın birləşdiyi dövlətlərarası assosiasiyadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti