İranın Dəməşqdə yeni konsulluğu açılacaq

10:19 | 09.04.2024
İranın Dəməşqdə yeni konsulluğu açılacaq

İranın Dəməşqdə yeni konsulluğu açılacaq

İran Dəməşqdə səfirliyinin yeni konsulluğunu açmağa hazırlaşır. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian deyib. 
 
Bildirilib ki, nazir açılacaq yeni konsulluğun binasının açılışında iştirak edəcək. 
 
Aprelin 1-də İranın diplomatik nümayəndəliyinin oturduğu bina İsrailin raket hücumu nəticəsində partladılıb. Hadisə nəticəsində  7 iranlı hərbiçısi ölüb. 
 
İran İsrailə baş verən hadisəyə görə cavab verəcəyini açıqlayıb. Bundan sonra İsrail ehtiyat tədbirləri görüb. Belə ki, dünyada fəaliyyət göstərən 150 səfirlik binasının 28-də səfirlərin fəaliyyəti dayandırılıb. Həmçinin səfirlərə evdən çıxmamaq, hərəkət cədvəlini dəyişmək tapşırılıb. 
 
Hadisədən sonra ABŞ Yaxın Şərqdə olan qoşunlarını hazır vəziyyətə gətirib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM