İraq ərazisində savaşan terrorçular ölkə universitetlərindən birində elmi məqsədlər üçün istifadə edilən nüvə maddələrini ələ keçiriblər. Aktual.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.Məsələ ilə əlaqədar narahatlıq keçirən İraq hökuməti ölkə daxilində mümkün təhlükələrdən sığortalanmaq üçün təcili şəkildə Birləşmiş Millətlər Təşkilatına müraciət edib.Verilən məlumata görə, Mosul universitetindən 40 kq uran maddəsi oğurlanıb.Xatırladaq ki, ali təşkilata ünvanlanan məktubda deyilir ki, terrorçular urandan nüvə silahının hazırlanmasında istifadə edə bilərlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !