Yanacaq böhranı Ərbildə aksiyalarla müşahidə edilib: "elektrik, benzin və su istəyirik"
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) Ərbil şəhərində, terror təşkilatı IŞİD'in liderliyindəki silahlı qrupların hücumlarından sonra başlayan yanacaq böhranına etiraz edildi. ANS PRESS-in məlumatına görə, Ərbilin Ankava səmtində toplaşan təxminən 200 nəfərlik qrup, yolu bağlayaraq nümayiş təşkil edib. Etirazçılar "elektrik, benzin və su istəyirik" şəklində şüarlar atdılar. Nümayişçilər daha sonra işıqları yanan otelləri təhdid edərək, "biz qaranlıqda qalmışıq, siz də işıqları söndürün" dedilər.
Nümayişçilərlə polis arasında zaman-zaman gərginliklər baş verib. Polis dağılmayan qrupa müdaxilə edərək, 6 nəfəri saxlayıb. Bir müddət ara küçələrə qaçdıqdan sonra təkrar bir araya gələn qrup üzvləri, nəzarətə alınan yoldaşlarının azadlığa buraxılmasını istəyiblər. Ətrafdakı maşınlara ziyan vuran nümayişçilərin, hərəkətlərini sona çatdırmaq üçün polis danışıq yoluna keçib. Saxlanılan şəxslərin sərbəst buraxılması üzərinə etirazçılar gecə saatlarında dağılışıblar.
Qeyd edək ki, İraqda IŞİD'in Tikrit şəhərindəki Neft Ayırma Zavodunu ələ keçirməsinin ardından ölkənin şimal bölgəsində yanacaq çətinliyi başlayıb. Kürd rəhbərliyi bölgəsində problemi həll etmək üçün benzinin kuponla verilməsini təşkil edib. Bundan əlavə çətinliyi yüngülləşdirmək üçün xüsusi firmaların Türkiyə və İrandan yanacaq gətirmələrinə də icazə verilib. Lakin bölgədə sərnişinnəqliyyatın olmaması, vasitələrin yüksək mühərriklərə sahib olması və isti havalar səbəbiylə kondisionerlərin davamlı açıq tutulması, yanacağa olan ehtiyacı artırır. Bu da yanacaq böhranının dərinləşməsinə səbəb olur.
ANN.Az