İrəvanla Moskva arasında ticarət əlaqəsi 2 dəfədən çox artıb

16:07 | 03.07.2024
İrəvanla Moskva arasında ticarət əlaqəsi 2 dəfədən çox artıb

İrəvanla Moskva arasında ticarət əlaqəsi 2 dəfədən çox artıb

2023-cü il Rusiya ilə Ermənistanın ticarət dövrüyəsi 7,3 milyard təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 dəfə çoxdur. Bunu Bu barədə jurnalistlərə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Rusiya ilə Ermənistanım müttəfiqliyi davam edir. İki ölkə arasında əməkdaşlıq da ötən il 7,3 milyard olub ki, bu da 2022-ci illə müqayisədə nəzərəçarpacaq qədər iki dəfə artıb",- baş nazirin müavini bildirib.

Bundan əvvəl Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barəsində bəyanat yayıb.

İrəvan KTMT-nin sonuncu iclasında iştirakdan da imtina edib.

Ermənistan Rusiyanı İkinci Qarabağ Müharibəsində Ermənistana dəstək olmamaqda ittiham edib.


Mayda Paşinyan Kopenhagen Demokratiya Sammitində müzakirələr zamanı bəyan edib ki,  ölkə hakimiyyəti bu il Avropa Birliyinə üzv olmaq istəyir.


Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya Brüsseldə "Ermənistan-ABŞ-Aİ” formatında görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhd kimi qiymətləndirir.


Əvvəllər Paşinyan fon der Leyen və Blinkenlə məsləhətləşmələri yüksək qiymətləndirib.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti