Gürcüstanın sabiq mədəniyyət naziri Nika Rurua ölkəsi və Ermənisatan arasında məxfi məlumatların mübadiləsini nəzərdə tutan müqaviləni ciddi tənqid edib.
Axar.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Rurua bu sənədin NATO qapılarının Gürcüstanın üzünə birdəfəlik bağlanmasına gətirib çıxaracağını deyib.
Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür və bu üzdən məxfi məlumatlar kimi, olduqca önəmli bir məqama rəsmi Tiflisin yer verməsi yolverilməzdir.
Rurua əlavə edib ki, bu, Alyans tərəfindən müsbət qarşılanmayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !