İŞİD 287 iranlı hərbçini öldürdü

20:42 | 23.06.2014
İŞİD 287 iranlı hərbçini öldürdü

İŞİD 287 iranlı hərbçini öldürdü

Türkmən ziyalılarından “Yeni Müsavat”a şok açıqlamalar: “İŞİD qüvvələri 287 iranlı hərbçini öldürüb” 

İŞİD Mosulda əhaliyə siqaret və içkini qadağan edib, kişilər dükanda qadın geyimi sata bilməz; peşmərgə savaşı dayandırıb

Şimalı İraqın paytaxtı Ərbildə Türkmən Ədəbiyyat və Yazarlar Birliyi Mosul və Təlafər bölgələrində yaşayan türkmənlər üçün yardım kampaniyasına başlayıb. 

Ərbildəki “Türkmən Reform” radiosunun rəhbəri Riyaz Dəmirçinin musavat.com-a verdiyi məlumata görə, Türkmən Evində dəstək kampaniyası keçirilir. Onun sözlərinə görə, Ərbil şəhərində təhlükəsizlik çox yüksək səviyyədədir, Mosul şəhəri isə “İraq və Şam İslam Dövləti” silahlılarının əlindədir: "Burada həyatımıza qarşı hər hansı təhlükə yoxdur. Ancaq Mosul bölgəsi İŞİD qüvvələrinin əlindədir. Kürdüstanın peşmərgələri ilə İŞİD arasında məsafə var. Nə zaman onlar atəş açsalar, peşmərgə hərəkətə keçib, cavab verir. Ancaq biz Mosula gedə bilmərik. İŞİD qüvvələri bizi öldürərlər”.

R.Dəmirçi bildirdi ki, İŞİD Mosulda sivil insanlardan heç kəsə toxunmur və qarşılığında şərtlər qoyub: “Əhaliyə dinmirlər. Deyiblər ki, hər kəs işində olsun. Ancaq siqaret çəkmək, içki içmək qadağası qoyulub. Mağazalarda kişilər qadın geyimi sata bilməz. Hər kəs namaz vaxtı dükanı buraxıb, məscidə namaza getməlidir. Bu şəkildə şərtlər qoyublar. Maliki təyyarələri İŞİD olan əraziləri vurur”. 

Ərbildə yaşayan və adının çəkilməsini istəməyən bir başqa publisist isə qeyd etdi ki, Mosulda sabitlikdir: “Mosulda vəziyyət sakitdir. Bütün dairələr İŞİD-ın nəzarəti altındadır. Bağdad hökumətinin baş naziri Malikinin hərbçiləri isə Təlafərə bomba və raketlərlə zərbə endirirlər. Təlafərdə İŞİD qüvvələri tərəfindən 287 iranlı hərbçi öldürüldü. Onlar İrandan Malikini müdafiə etməyə gəlmişdilər”.

Yazar bildirdi ki, Mosulda əhali İŞİD-ın iqtidarını dəstəkləyir: “Çünki onlar köhnədən Səddam Hüseyn tərəfdarlarıdır. Niyə də istəməsinlər? Ancaq bundan sonra İŞİD-ın Mosulda qalacağını demək çətindir. Ancaq bu işdə Amerikanın barmağı var. Peşmərgə artıq İŞİD-la savaşmır. Yalnız Diala şəhərində bəzən Cəlal Tələbaninin qrupları onlarla savaşır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM