İŞİD 550 ailəni hara aparıb?

20:09 | 21.10.2016
İŞİD 550 ailəni hara aparıb?

İŞİD 550 ailəni hara aparıb?

İŞİD terrorçuları İraqın Mosul şəhərinin kəndlərindən ən azı 550 ailəni "canlı qalxan" məqsədilə öz mövqelərinə aparıblar.

Trend-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, bunu BMT-nin insan haqları üzrə nümayəndələri deyiblər.

BMT-dəki digər mənbə Mosuldan təxminən 200 min nəfərin qaçacağını bildirir.

BMT-nin sözçüsü Ravina Şamdasani İŞİD silahlılarının bir kənddə 40 mülki şəxsi öldürdüklərini deyib.

Bundan başqa, İŞİD-in Kərkükün mərkəzində 3 türkman ailəsini girov götürdüyü bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM