İŞİD-dən təhdid: “Əndəlüsü İspanlardan alacağıq”

20:17 | 02.07.2014
İŞİD-dən təhdid: “Əndəlüsü İspanlardan alacağıq”

İŞİD-dən təhdid: “Əndəlüsü İspanlardan alacağıq”

İŞİD üzvlərinin "Əndəlüsü İspanlardan geri alacağıq" mesajı ölkədə böyük əks-səda yaradıb.
 
Axar.az xəbər verir ki, terror təşkilatı İŞİD tərəfindən yayımlanan bir videoda ispanca danışan 2 terrorçu belə deyib: “Allahın izniylə babalarımızın torpaqlarını yenidən geri alacağıq”. Videoda müqəddəs torpaqlarda olduqlarını bildirən 2 terrorçu İspaniyanı təhdid edərək Cakartadan Əndəlüsə qədər İslam bayrağını dalğalandıracaqlarına and içiblər.
 
Suriyada çəkildiyi bildirilən video İspaniyada da böyük əks-səda yaradıb. Ölkə televiziyaları bu görüntüləri yayımlayaraq İspaniyanın radikal islam təhdidi altında olduğuna diqqət çəkiblər. Milli qəzetlər isə İŞİD xəbərdarlığının ciddiyə alınmalı olduğunu tövsiyə edərək, oxucu fikirlərinə geniş şəkildə yer veriblər.
 
Xatırladaq ki, keçən ay İspaniya Daxili İşlər Nazirliyi açıqlama verərək, ölkə daxilində hər ay təxminən 50 adamın Türkiyə üzərindən Suriyaya keçdiyini bildirmişdi. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM