İŞİD-ə qarşı döyüşəcək terror təşkilatları məlum oldu - SİYAHI

19:00 | 25.06.2014
İŞİD-ə qarşı döyüşəcək terror təşkilatları məlum oldu - SİYAHI

İŞİD-ə qarşı döyüşəcək terror təşkilatları məlum oldu - SİYAHI

Şiələr və sünnilər birlikdə vuruşacaq 

Türkiyə mediası cihad çağırışından sonra İŞİD-ə qarşı vuruşacaq şiə və sünni terror təşkilatlarının siyahısını hazırlayıb. Lent.az həmin siyahını təqdim edir.

 

 

İŞİD-ə qarşı döyüşəcək sünni terror təşkilatları

 

 

“1920 İnqilabi Briqadası”

 

ABŞ işğalına qarşı yaradılmış ilk silahlı müqavimət təşkilatıdır. “İraq Hamas”-ının silahlı qolu olan təşkilat 2007-ci ildə komandir Musenna Darinin rəhbərliyi altında müstəqil olub. Təşkilat Bağdad, Ənbar və Səlahəddində fəallığı ilə seçilir. “1920 İnqilabi Briqadası” 2007-ci ildən etibarən “İraq Əl-Qaidə”-sinə qarşı vuruşur.

 

“İraq Hamas”ı

 

2003-cü ildə İraq Milli Müqavimət Partiyası adı altında yaradılıb. Təşkilat 2007-ci ildə adını “İraq Hamas”ı olaraq dəyişdirib. “1920 İnqilabi Briqadası” ilə birlikdə hücumlar hazırlayan “İraq Hamas”ının yolları 2007-ci ildə ayrılıb. Bu təşkilat da “İraq Əl-Qaidə”-sinə qarşı çox sayda hücumlar edib.

 

“Ceyşul İslam” (“İslam ordusu”)

 

2004-cü ildə ABŞ işğalına qarşı qurulub. “Ceyşul İslam” İraqda ən böyük silahlı birliklərdən hesab olunur. Təşkilatın 50 min nəfər üzvü var. ABŞ və ingilis əsgərlərinə qarşı vuruşan təşkilat 2007-ci ildən “İraq Əl-Qaidə”-sinə qarşı də döyüşür.

 

“Ceyşul Mücahidin” (“Mücahidlər ordusu”) də 2003-cü ildə ABŞ işğalına qarşı yaradılıb. Təşkilatın 4 mindən çox döyüşçüsü var. “Ceyşul Mücahidin” paytaxt Bağdadın sünni məhəllələrində, Tikrit, Əbu Qreyb, Diyala, Ənbar və Fəlluca şəhərlərində fəaldır. “Ceyşul İslam” və “Ənsaru İslam”-la əlaqələri olan təşkilat şiələrin öldürülməsinə qarşı çıxdığı üçün İŞİD-lə birləşməyi rədd edib.

 

İŞİD-ə qarşı döyüşəcək şiə terror təşkilatları

 

“Şiə Bədir Briqadası”

 

1981-ci ildə Kərbəlada yaradılıb. Təşkilatın 12 min döyüşçüsü var. İran-İraq müharibəsində İraq ordusuna qarşı vuruşan təşkilat işğaldan sonra ABŞ əsgərləri ilə müttəfiqlik edib. “Şiə Bədir Briqadası”-nın sünni din xadimlərini öldürdüyü iddia edilir. Baş nazir Nuri əl-Maliki, təşkilatın rəhbəri Hadi əl-Amirini müdafiə nazirliyinə təyin edib.

 

“Ehl-i Hak” təşkilatı 2007-ci ildə Sədr hərəkatından ayrılıb. Kays əl-Xəzalinin yaratdığı təşkilatın 10 min döyüşçüsünü Suriyada Bəşər Əsədə kömək üçün göndərdiyi deyilir. Təşkilat ayətullah Sistaninin cihad çağırışını qəbul edib.

 

“Muxtar ordusu” (“İraq Hizbullahı”)

 

Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatının İraqdakı özəyidir. “Muxtar ordusu” təşkilatının Səudiyyə Ərəbistanla sərhəddə 40 mindən çox döyüşçüsü var. ABŞ-ın terror təşkilatı kimi tanıdığı təşkilat Səudiyyə Ərəbistanına qarşı hücumlar təşkil edir. “İraq Hizbullah”-ı da Sistaninin cihad çağırışına əməl edəcəyini  açıqlayıb.

 

“Sarallah (“Allahın intiqamı”) Briqadası”

 

Yusif Sənavi Musəvi tərəfindən yaradılıb. Təşkilat Bəsrədə daha aktivdir.

 

“Mehdi ordusu” isə 2003-cü ildə Müqtəda əs-Sədr tərəfindən yaradılıb. Təşkilat daha çox Bağdadın Sədr bölgəsi, Nəcəf və Bəsrədə güclü dayaqları mövcuddur. “Mehdi ordusu”-nun 60 min döyüşçüsü var. 2009-cu ildə silahlı mübarizədən imtina edən təşkilat Sistaninin İŞİD-ə qarşı verdiyi cihad fətvasından sonra təkrar silaha sarılacağını elan edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM