Yaraqlılar bunu mücahidlərin əksəriyyətinin subay olması və onların qadına ehtiyacı olması ilə əsaslandırır
İraqın Bayci şəhərində İŞİD terrorçuları ev-ev dolaşaraq subay qız axtarırlar.
ANS PRESS-in xəbərinə görə, yaraqlılar bu addımlarını mücahidlərin əksəriyyətinin subay olması və onların qadına ehtiyacı olması ilə əsaslandırırlar.
Yerli sakinlərin bildirdiyinə görə, İŞİD silahlıları bütün qapıları döyərək evdə neçə qadın olması, onlardan neçəsinin subay olması ilə maraqlanırlar.
Əbu Lahid adlı yerli sakin evə gələn terrorçuya evdəki qadınların ailəli olmasının bildirilməsindən sonra onun sənəd tələb etdiyini bildirib.
Şəhərdəki sünniləri narahat etməyəcəklərini elan edən İŞİD terrorçuları, məlumata görə bu kimi hərəkətləri ilə sünniləri də bezdirib.
ANN.Az