“İŞİD-in Qafqaza girmək ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ

20:31 | 01.04.2015
“İŞİD-in Qafqaza girmək ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ

“İŞİD-in Qafqaza girmək ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ

Siyasi Sosialogiya İnstitutunun rəhbəri, rusiyalı politoloq Vyaçislav Smirnov ANN.Az xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

- Azərbaycan və Rusiya münasibətlərinin indiki durumunu necə qiymətləndirirsiniz? II Dünya Müharibəsinin başa çatmasının 70 illiyi münasibətilə Bakının da qəhrəman-şəhərlər siyahısına daxil edilməsi ilə bağlı gedən danışıqlara necə baxırsınız?
 
- Münasibətlər stabildir, hətta deyərdim yaxşıdır. Son zamanlarda hər hansısa bir ciddi ziddiyyət yaşanmayıb. Bakının qəhrəman-şəhər sırasına daxil edilməsinə gəldikdə, bu, bir daha təsdiq edir ki, bu iki ölkəni ümumi tarix və dəyərlər birləşdirir.  

- Son günlərdə Dağlıq Qarabağda gərginlik artıb. Necə düşünürsünüz, bu yeni bir aktivləşmədir yaxud…?

 
- Öncədən nəsə demək çox çətindir. Amma bildiyiniz kimi yaz aylarında toqquşmalar hər zaman artır. Düşünmürəm ki, indi baş verənlər hər regional müharibə səviyyəsinə kimi gəlib çıxsın. Hazırda müharibə heç kimə lazım deyil.
 
- Yaxın Şərqədəki durumla, konkret İŞİD-lə bağı yaranan vəziyyətlə bağlı düşüncələriniz necədir? İŞİD-in terrorizmi daha neçə ölkəyə sıçraya bilər?

 
- Birinci, onu aydınlaşdırmaq lazımdır ki, İŞİD müasir anlamda dövlət deyil, fundamentalist dindarların və Allahın dövlətinin yaradılmasına inanan dindarların arzusudur. Müsəlman dövlətlərində sosial-iqtisadi problemlər artıqca həmin ölkələrdə yaşayan müsəlmanların İŞİD-ə münasibəti daha da müsbət olmağa başlayacaq.  Kasıblar və kimsəsizlərin sayı artdıqca terrorçuların sayı çoxalacaq.  KİV-lərin "İslam Dövləti” adlandırdığı qurum hələ çox davam edəcək. Müxtəlif adlar altında bu dini savaşın hələ uzun çəkəcəyini düşünürəm. Onu da deyim ki, İŞİD-in satdığı ucuz nefti qərbin sivil adlanan spekulyantları almaqdadır. Hesab edirəm ki, yaxın zamanlarda  İŞİD-in ideyası Mərkəzi Asiya və Afrikada da güclənəcək.

Dünyanın istənilən böyük şəhərində stabilliyi pozmaq üçün 2-3 özünü öldürməyə hazır terrorçu və on nəfər döyüşçü bəs edir. Bütün sual isə xalqın bu terrorizmə necə cavab verəcəyindən asılıdır. İŞİD-in Qafqaza gəlmək ehtimalı, təəssüf ki, çox böyükdür.  Ən önəmlisi isə odur ki, bu sadəcə texniki bir məsələdir.

 - Ukraynanın hazırkı durumunu necə qiymətləndirirsiniz?


- Əvvəl qeyd edim ki, yaxın illərdə Ukraynada durumun düzəlməsini gözləməyə dəyməz. Mümkündür ki, yaxın illərdə Ukraynanın şərq rayonlarının muxtariyyatı artıqca ölkənin çöküşü də davam edəcək. Bundan başqa Ukraynanın oliqarx çevrələrində bölünmələr də gözə dəyir. Bu ölkədəki qarışıq durum hələ uzun müddət davam edəcək.
 
- Bəs Qərb və Rusiya arasında müharibə sanksiyaları hələ uzun müddət davam edəcək?

 
- Rusiyaya qarşı tətbiq edilən sanksiyaların davam edəcəyini proqnozlaşdırıram. Bununla barışmaq lazımdır. Yaxın illər ərzində Qərbin Rusiyaya münasibi çox sadədir – Rusiya Krıma nəzarət etdiyi müddətdə Qərb sanksiyaları aradan qaldıran deyil. Amma bütün bu çətinliklərə baxmayaraq, Rusiya iqtisadiyyatı dözüm nümayiş etdirəcək.

- Rusiya və ardınca Kanada Arktikada hərbi manevirlər keçirməyə başlayıb. Yaxın yarım il ərəzində dünyanın bu regionunda durumun inkişafını necə görürsünüz?  
 
- Müharibə olmayacaq. Kanadanın bütün qoşunlarının sayı cəmi 80 mindir. Rusiya və Kanadanın hərbi hərəkətləri göstəriş xarakterlidir. Amma əgər Rusiya Skandinaviyada yerləşən NATO qoşunlarına qarşı hərbi plan hazırlasa, o zaman Kanada öz hərbi hissələrini Arktikada yerləşdiyini nümayiş etdirə bilər. Kanadanın ciddi müharibə aparmaq imkanı isə Rusiya ilə müqayisədə sıfıra bərabərdir.

  
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM