İŞİD İraqda 2 mindən çox adam öldürüb

16:10 | 01.07.2014
İŞİD İraqda 2 mindən çox adam öldürüb

İŞİD İraqda 2 mindən çox adam öldürüb

BMT-nin məlumatlarına görə, iyun ayında İraqda 2417 nəfər öldürülüb, 2287 nəfər isə yaralanıb.
Bu barədə "AzVision" Qərb KİV-nə istinadən xəbər verir. 
Bu siyahıya yalnız “terror və zorakılığın” qurbanları olan şəxslər daxil edilib. Ölən və zərərçəkənlərin böyük əksəriyyəti mülki vətəndaşlardır. 
Son bir ayda İraqda ölən şəxslərin sayının bu qədər çox olması İŞİD-in fəaliyyəti ilə bağlıdır. 
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. 
Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM